Bu yolda hər gün niyə tıxac yaranır? - DYP aydınlıq gətirdi - VİDEO

Nəqliyyat xəbərləri 16 Dekabr 2021 | 01:30
OXUNUB: 1392

Səhər və axşam saatlarında Bakının şimal girişindəki Saray postunda avtomobillər tıxacda qalır. Sürücülər aramla Bakıya buraxılır.  Problem bir müddətdir ki hər gün yaşanır.  Bu səbəbdən yolda olanlar  işə və ya mənzil başına gecikirlər. Əməkdaşımız  tıxacın səbəbini yerində araşdırıb.

Avtomobillər Bakıya hissə-hissə buraxılır. Məhz buna görə, magistral yolda uzun müddətli tixac yaranıb. Görütülər Bakı-Quba yolunun Saray postundandır.

Sürücülər bildirirlər ki, artıq xeyli vaxtdır onlar səhər saat 8-dən başlayaraq 2 saat ərzində tıxacda qalırlar. Saray postunda yaşanan hadisə səbəbindən onlar işə belə gecikirlər.

Məsələyə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev aydınlıq gətirib. Onun sözlərinə görə, mövcud tıxac tək Saray postunda deyil, Bakı Quba yolun digər ərzilərində də yaşanır. Əsasən səhər və axşam saatlarında Yol Polisləri tərəfindən şəhərə avtomobillərin mərhələli şəkildə buraxılması, yolda uzun müddətli tıxacın qarşısını almağa hesablanıb.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi bu cür tıxacların ölkə ərazisində avtomobillərin sayının tədricən artması ilə də  əlaqələndirib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man