Bakıda qatar naməlum şəxsi vuraraq öldürüb

Yol qəzaları 15 Dekabr 2021 | 15:48
OXUNUB: 732

“Azərbaycan Dəmir Yolları” QSC Bakıda yük dəmiryol xəttinin üzərində baş verən ölüm hadisəsi ilə bağlı məlumat yayıb.

QSC-dən Avtosfer.az-a verilən məlumata görə, 14 dekabr 2021-ci ildə saat 08:30 radələrində Bakı Yük Stansiyasının Əhmədli neftdoldurma sahəsində qatar hərəkətdə olarkən, maşinist yolun üstündə kəsilmiş naməlum kişi meyiti görüb və dərhal tormozlama apararaq qatarı dayandırıb:

"Təcili hüquq-mühafizə orqanlarına məlumat verilib. İlkin məlumata görə, naməlum şəxs gecə saat 00:45-01:45 radələrində manevr işləri aparılarkən 25 vaqonluq qatarın 12-ci vaqonunun altından keçməyə cəhd göstərib. Bu zaman qatar hərəkət edib və o vaqonun təkərləri altında qalaraq həlak olub”.

Hadisə aidiyyəti üzrə araşdırılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man