Yol polisi sürücüləri dayandığı yerdə cərimələyə bilər - REYDLƏR BAŞLADI

İctimai nəqliyyat 15 Dekabr 2021 | 14:52
OXUNUB: 5526

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi səkilərdə park edən sürücülərə qarşı reydlərə başlayıb. Avtosfer.az xəbər verir ki, İdarə rəhbərliyinin göstərişinə əsasən YPX əməkdaşları səkilərdə insanların yolu kəsən sürücüləri cərimələyir. 

Qeyd edək ki, buna səbəb vətəndaşlar tərəfindən çoxsaylı müraciətlərin olmasıdır. 

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə görə dayanma-durmaya görə sürücü 20 manat məbləğində cərimə olunur. Lakin İnzibati Xətalar məcəlləsinin 327.1-ci maddəsində qeyd olunur ki, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə sürücü qırx manat məbləğində cərimə edilir.

Səkidə park etmiş sürücünün orda hərəkət etdiyi məntiqlə izah olunur. Odur ki, YPX əməkdaşları sizə 20 manat yox, 40 manat məbləğində cərimə yaza bilər.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man