Ekologiya postunda "patı" çəkən sürücülərtutuldu

İctimai nəqliyyat 15 Dekabr 2021 | 13:17
OXUNUB: 1113

Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər saxlanıb. Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının Bakı-Quba və Hacıqabul-Horadiz yollarındakı postlarda keçirdikləri tədbirlərlə narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər müəyyən edilərək saxlanıblar.

Bakı-Quba yolunun Binəqədi rayonu ərazisində yerləşən Ekoloji Nəzarət Bölüyü postunda Bakı şəhər sakinləri Novruz Qasımovun idarə etdiyi “Hyundai” və  Musa Tağıyevin idarə etdiyi “Chevrolet”, Hacıqabul-Horadiz yolunun Sabirabad rayonu ərazisində yerləşən postunda isə Bakı şəhər sakini Fərid Əliyevin idarə etdiyi “Hyundai” markalı avtomobillər nəzarət-yoxlama qaydasında saxlanılıblar.

Polis əməkdaşları tərəfindən həmin sürücülərin narkotik vasitə qəbul etmələri müəyyən edilib. M.Tağıyev polis əməkdaşlarına tabesizlik göstərdiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı və 535.1-ci, F.Əliyev və N.Qasımov barəsində isə 327.1 və 333.1-ci maddələri ilə protokollar tərtib olunub.

Abşeron rayon məhkəməsinin qərarları ilə M.Tağıyev 25 gün müddətinə inzibati qaydada həbs, N.Qasımov 6 ay müddətinə, Sabirabad rayon məhkəməsinin qərarı ilə isə F.Əliyev 6 ay müddətinə sürücülük hüququndan məhrum ediliblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man