Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində yükdaşıma qaydalarını pozan, avtomobili dövlət nömrə nişanı olmadan idarə edən, o cümlədən sürücülük hüququ olmayan, təhlükəsizlik kəmərindən istifadə etməyən, ödənməyən cərimələri olan sürücülərə qarşı genişmiqyaslı reydlər keçirib. Avtosfer.az xəbər verir ki, reyd zamanı avtomobili texniki nasaz olduğu halda yükdaşıma qaydalarını pozan sürücülər aşkarlanıb. Eyni zamanda özünü Qarabağ qazisi kimi təqdim edən “Naz Lifan” markalı avtomobilin sürücüsü maşını dövlət qeydiyyat nişanı və sürücülük hüququ olmadan idarə edib. Həmçinin avtomobilin ön şüəşələrinə tünd plyonka çəkib. Sürücü ilə izahedici söhbətlər aparılan zaman o yol polisinin ünvanına nalayiq ifadələr işlədib. Amma avtomobilin dövlət nömrə nişanı üzərinə təmin olunub, plyonkalar sökülüb.
Reyd zamanı ödənməyən cərimələri olan sürücülər də saxlanılıb. Onlara qanunun tələbləri izah olunub. Yol polisi analoji reydləri davam etdirəcək.
Fərid
Şərh yaz
Xəbər haqqında fikirlərinizi yazın
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man