Yerə ən yaxın məsafədən keçən Leonard kometini dekabrın ortalarına qədər adi gözlə müşahidə etmək mümkün olacaq.
Bu barədə Moskva Planetariumunun mətbuat xidmətindən məlumat verilib.
“Dekabrın ortalarına qədər Leonard kometini adi gözlə müşahidə etmək olar. O, gün batandan dərhal sonra bir-iki saat və səhər Moskva vaxtı ilə saat 05:00-dan günəş çıxanadək görünəcək. Ay buna mane olmayacaq”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, C/2021 A1 (Leonard) kometi dekabrın 12-dən başlayaraq Yerdən 35 milyon km məsafədən keçəcək.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man