Sürət həddinin aşılmasına qarşı sərt qaydalar İŞƏ DÜŞÜR - QƏRAR VERİLDİ

Nəqliyyat xəbərləri 14 Dekabr 2021 | 08:31
OXUNUB: 1438

Yanvarın 1-dən etibarən Avropa İttifaqında nəqliyyatla bağlı bir sıra yeni qaydalar tətbiq ediləcək. Təbii ki, bunların əksəriyyəti sırf ölkələrin daxili işi olub,  Azərbaycan oxucusu üçün maraqlı deyil. Bu səbəbdən mən cəmi ikisinin üzərində dayanacam.
Birinci, İttifaqda gələn il də bütün növ elektromobillərə və hibrid avtomobillərə vergi və sığorta güzəşti tətbiq ediləcək. Son məqsəd bu nəqliyyat vasitələrinə marağı artırmaqdır.
İkinci qanun isə ümumiyyətlə çoxlarının ürəyincə deyil. İyuldan etibarən Aİ ərazisində satılacaq bütün nəqliyyat vasitələri sürətə nəzarət mexanizmi ilə təchiz ediləcək. Bu mexanizm həm GPS sistemi ilə əlaqəli işləyəcək, həm də yol nişanlarını oxuyacaq. Sürücü təyin edilmiş sürət limitini kiçik həddə aşarsa, o zaman sistem sürücünü xəbərdar edəcək. Qayda pozuntusu daha böyük olarsa, sistem özü müdaxilə edərək avtomobilin sürətini azaldacaq.

 

Vüqar

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man