Türkiyədə ağır qəza keçirərək yaralanan şəxsin atasının dedikləri yerli mətbuatda gündəm mövzulardan biri olub.
Avtosfer.az xəbər verir ki, hadisə Zonquldağın Ereğli rayonunda baş verib.
Sürücüsü Mustafa Çivin idarə etdiyi avtomobil qarşısındakı nəqliyyat vasitəsinə, daha sonra elektrik dirəyinə çırpılıb. Ardınca maşın dəmir hasardan yolun kənarındakı evin bağçasına düşüb.
Qəza nəticəsində sürücü Mustafa ağır yaralanıb və o, xəstəxanaya aparılıb. Hadisəni eşidib qəza yerinə gələn atası Hüseyn Çivin baş verənlərə reaksiyası qəribə olub və ətrafdakıları təəccübləndirib. O, avtomobilin vəziyyətini görüncə, oğlu haqqında “kaş gəbərəydi” deyib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man