"Bu gün Azərbaycanda qazlaşdırılmayan region
yoxdur".
Sfera.az xər verir ki, bu sözləri baş nazir
Əli Əsədov Milli Məclisin plenar iclasında bildirib. Baş nazir qazlaşdırılmanın
bütün regionlarda getdiyini diqqətə çatdırıb:
"Rayonlar üzrə ayrıseçkiliyə yol vermədən,
ölkənin qazlaşdırılması dövlətin prioritetlərindən biridir. Qeyd edim ki, qonşu
ölkələrdə isə qazlaşdırılma layihəsinə hələ indi başlanılır. Azərbaycanda il ərzində
61 şəhər, 228 qəsəbə və 2168 kənd qazlaşdırılıb".
Baş nazir vaksinləmə prosesinə ayrılan xərclərdən
də danışıb:
"Bu il koronavirus əleyhinə vaksinləmə
prosesi üçün 433 milyon manat, koronavirusa qarşı mübarizə üçün isə 1.6 milyard manat vəsait xərclənib".
Əzizə Zeynal