Bakıda "Range Rover” ağır qəza törətdi: Nömrəni gizlədib jurnalistə hücum etdilər - VİDEO

Yol qəzaları 13 Dekabr 2021 | 15:17
OXUNUB: 3671

Bakının Yasamal rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari qəza baş verib. Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınan qəzaya “Range Rover” markalı avtomobil səbəb olub.

Avtosfer.az xəbər verir ki, sözügedən avtomobili idarə edən sürücü sükana nəzarəti itirib, nəticədə nəqliyyat vasitəsi ağaca və piyada keçidində quraşdırılmış yol nişanına çırpılıb.

Maşın daha sonra yol kənarında dayanan iki “Mercedes” və “Mitsubishi” markalı avtomobillərə çırpılıb və sonda aşıb. Qəza nəticəsində “Land Rover” markalı avtomobilin sürücüsü xəsarət alıb. Qəzanı törədən sürücünün yaxınları avtomobilin dövlət nömrə nişanını çıxardaraq onun sahibinin kim olduğunu gizlətməyə çalışıblar və İTV-nin çəkiliş qrupuna təzyiq göstərərək peşə fəaliyyətini yerinə yetirməyə maneə yaradıblar.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Yolda digər avtomobillərin hərəkətinə maneə yaradan “Land Rover” evakuatorla cərimə meydançasına aparılıb. Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man