Hacıqabulda AĞIR QƏZA:ölən və yaralananlar var - VİDEO

Yol qəzaları 11 Dekabr 2021 | 21:00
OXUNUB: 4669

Bakı-Qazax magistralında ağır qəza qeydə alınıb. Baş verən qəzada bir nəfər ölüb. Yevlaxda isə yük avtomobili aşıb, daşıdığı yük yola dağılıb.

Yük avtomobilləri toqquşub ölən və yaralılar var.

Hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Nəvahı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qazax rayonunun Daşsalahlı kənd sakini, 1995-ci il təvəllüdlü Ülvü Əliyev idarə etdiyi yük avtomobili ilə  Ağdaş rayon sakini, 1991-ci il təvəllüdlü Seyran Hüseynəliyevin  idarə etdiyi qumla yüklü avtomobilinə arxadan  çırpılıb. 

Nəticədə Ülvi Əliyevin avtomobilində olan sərnişin  Gürcüstan vətəndaşı, 2000-ci il təvəllüdlü Anar Bayramov  hadisə yerindəcə ölüb.  Qəzada yaralanan avtomobillərin sürücüləri Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Ölən sərnişinin avtomobildə sıxılmış meyiti Fövqəladə Hallar Nazirliyinin Hacıqabul Yanğından Mühafizə bölməsinin xilasediciləri tərəfindən xüsusi avadanlığın köməyi ilə çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.Yük avtomobilində olan qum magistral yola dağılıb. Yola dağılan qum sonradan təmizlənib. Qəzanın yol infrastrukturuna vuruduğu  fəsadlar aradan qaldırılır.

Yevlaxda isə  yük avtomobili aşıb, daşıdığı yük yola dağılıb.

Hadisə Bakı Qazax avtomagistralının rayonun Aran qəsəbəsindən keçən hissəsindəki körpüdə baş verib.İdarə etməni itirən sürücü əsas yola keçərkən avtomobillə aşırıb.Qəza zamanı sürücü xəsarət almasada onun daşıdığı tonlarla yük yola dağılıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır. 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man