Yük maşını ağır qəza törətdi : 55 ölü

Yol qəzaları 11 Dekabr 2021 | 11:28
OXUNUB: 441

Meksikanın Çiapas ştatında miqrantları daşıyan yük maşınının qəzaya düşməsi nəticəsində ölənlərin sayı 55-ə çatıb.

Lent.az xəbər verir ki, bu barədə ştatın qubernatoru Rutilio Eskandon “Twitter” səhifəsində məlumat verib.

“Dünənki avtomobil qəzasından sonra, təəssüf ki, bu gün daha bir nəfər həlak olub, qurbanların ümumi sayı 55-ə çatıb”, deyə qubernator vurğulayıb.

R.Eskandon ölən və yaralıların yaxınlarına lazımi kömək göstərilməsi ilə bağlı göstəriş verdiyini bildirib: “Səylərimizi əsirgəməyəcəyik. Yol qəzalarında 100-dən çox insan xəsarət alıb, onlardan bir neçəsi hələ də xəstəxanadadır”.

Qeyd edək ki, cümə axşamı Mərkəzi Amerikanın bir neçə ölkəsinin yerli sakinlərinin olduğu qoşqulu yük maşını Çiapas ştatının paytaxtı Tuksla Kutierres yaxınlığında istinad divarına çırpılaraq aşıb.
Nəqliyyat vasitəsinin sürücüsü hadisə yerindən qaçıb, hüquq-mühafizə orqanları onu axtarır.
Avtomobil qəzasında insanların həlak olması ilə bağlı rayon prokurorluğu cinayət işi açıb.
İlkin məlumatlara görə, Qvatemala və Hondurasdan olan miqrantlar ABŞ-la sərhədə gedirmiş.

Meksika Prezidenti Andrés Manuel Lopez Obrador həlak olan əcnəbilərin ailələrinə və yaxınlarına başsağlığı verib, zərərçəkənlərə yardım edilməsini tapşırıb.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man