Gəncədə avtomobil qəzasında 2 qadın xəsarət alıb

Yol qəzaları 11 Dekabr 2021 | 08:35
OXUNUB: 1103

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi olub.

 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Şah İsmayıl Xətai prospekti ilə Dədə Qorqud küçəsinin kəsişməsində qeydə alınıb. Yük maşınının "VAZ-2107" markalı avtomobilə çırpılması nəticəsində minik maşınında olan sərnişinlər - 1984-cü il təvəllüdlü S.Məmmədova və 1993-cü il təvəllüdlü T.Zeynalova xəsarət alıb.

 

Yaralılar Gəncə Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasına aparılıblar. Onların vəziyyəti kafi və qənaətbəxş hesab olunur.

 

Qəza nəticəsində minik avtomobilinə ciddi ziyan dəyib.

 

Hadisənin başvermə səbəbləri araşdırılır

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man