Bakisesi.com adlı sayt Yasamal rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Məmməd Əliyevi vətəndaşdan rüşvət almaqda ittiham edib. Bu barədə Avtosfer.az-a Nicat Məhərrəmli adlı şəxs müraciət edib. Bildirib ki, onun adından "şikayət" dərc edib guya yol polisinin ondan rüşvət istəməsini yazıblar. "Təxminən 6 ay əvvəl idarə etdiyim 10 YY 199 nömrəli “Lexus” markalı avtomobil ilə qayda pozduğum üçün Yasamal rayon DYPŞ-nin əməkdaşları tərəfindən saxlanıldım. Barəmdə protokol tərtib olundu və cəriməmi ödəmişəm. İndi baxıram ki, 6 ay əvvəlki hadisə ilə bağlı yalan informasiya yazıblar."
Vətəndaş deyir ki, onun adından yazılanlar saxtadır. "Həmin vaxt sosial şəbəkə hesabımda bu barədə yazmışdım. Cərimə olunduğumu bildirmişdim. İndi bunu "bəzəyib" mənim adımdan dərc etmək heç bir əxlaqa sığmır. Bu yazının dərhal təkzib olunmasını tələb edirəm."
Qeyd edək ki, Bakisesi.com saytı "Mubahise.az" saytına "istinadla" bu cür yazı dərc edib. Maraqlıdır ki, yazının altında "İstiqamet.org" adlı sayta ikinci istinad verilib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man