Bakıda 40-a yaxın sürücüyə qanunsuz protokol yazıldı - FOTO

Nəqliyyat TV 10 Dekabr 2021 | 14:24
OXUNUB: 14008

Bakıda dayanma-durma qadağan olunmayan yerdə cərimələnən sürücü Avtosfer.az-ın qaynar xəttinə şikayət ünvanlayıb. Sürücünün sözlərinə görə protokol noyabrın 25-də paytaxtın Təbriz küçəsi ilə Nemət Quliyev küçəsinin kəsişməsində tərtib edilib: “Həmin yerdə dayanma-durmanı qadağan edən heç bir nişan yoxdur. Əsas məsələ odur ki, mən maşını səkiyə paralel saxlamalı idim. Lakin bucaq altında park etdiyimə görə 20 manat deyil, 10 manat cərimə yazılmalı idi. Qeyd edim ki, həmin vaxt mənim maşınımdan başqa 40-a yaxın maşın bucaq altında park edilmişdi. Onların da hamısına cərimə artıq yazılıb”.

Qeyd edək ki, “Yol hərəkəti haqqında” qanunda 53-cü maddəsinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 346-1.2-ci maddəsi ilə (nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş parklanma üsulunu pozmaqla parklanmasına görə) on manat məbləğində cərimə nəzərdə tutulub.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinə verdiyimiz sorğu cavabsız qaldı...

Təbriz

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man