Narkotik qəbul edib avtomobil idarə etdilər - Qaradağ postunda ələ keçdilər

İctimai nəqliyyat 10 Dekabr 2021 | 13:07
OXUNUB: 841

Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər saxlanıb. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dekabrın 9-da Bakı-Qazax yolunun 47-ci kilometrliyində yerləşən postda Salyan rayon sakini Əli Cəfərlinin idarə etdiyi “VAZ-21154”, Sabirabad rayonunun Nizami kəndi ərazisində yerləşən postda isə Şirvan şəhər sakinləri Ceyhun Vahidovun idarə etdiyi “VAZ-2121” və Tural Qaytaranovun idarə etdiyi “RAF” markalı avtomobillər nəzarət-yoxlama qaydasında saxlanılıb.

Polis əməkdaşları tərəfindən həmin sürücülərin narkotik vasitə qəbul etmələri müəyyən edilib. İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə Ə.Cəfərli, 333.1-ci maddəsi ilə C.Vahidov, 331.2-ci, 342.2-ci və 334.1-ci maddələri ilə isə T.Qaytaranov barəsində protokollar tərtib olunub.

Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Ə.Cəfərli 2 il müddətinə sürücülük hüququndan məhrum edilib və 400 manat cərimələnib, Şirvan şəhər məhkəməsinin qərarı ilə C.Vahidov 10 ay müddətinə sürücülük hüququndan məhrum edilib, T.Qaytaranov isə 5 gün müddətdinə inzibati həbs edilib.

 

Emin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man