Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxslər saxlanıldı - FOTO

Nəqliyyat xəbərləri 10 Dekabr 2021 | 12:15
OXUNUB: 953

Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücülər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Biləsuvar rayonu ərazisində hərəkətdə olan “VAZ-21011” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün polis əməkdaşları tərəfindən ona “Saxla” işarəsi verilib. Həmin nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə Biləsuvar rayon sakini H.Abdalzadənin narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, polis şöbəsinə gətirilib və tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən H.Abdalzadənin narkotik vasitədən istifadə etdiyi məlum olub.

Biləsuvar RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfində saxlanılmış digər sürücü, rayon sakini R.Məmmədovun da nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən edilib. “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən qayda pozduğu üçün saxlanılan həmin sürücünün keçirilmiş müayinə nəticəsində narkotik vasitədən istifadə etdiyi müəyyən edilib.

Hər iki şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man