8 dekabr tarixində onlayn ictimai nəzarət platforması olan "enezaret.az" yarandığı gündən 6 ay keçməsi münasibətilə yekun hesabat və təltifetmə mərasimi keçirdi. Tədbirdə bir çox dövlət qurumları iştirak edirdi. Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsini isə ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov təmsil edirdi. Tədbirdə bildirildi ki, "enezaret.az" platforması üzərindən vətəndaşların ən çox müraciət etdiyi dövlət idarələrindən biri də Bakı Şəhəri Dövlət Yol Polisi idarəsidir. İdarənin məsul şəxsləri də daim platformaya nəzarət edib şikayətləri, uyğunsuzluqları aradan qaldırmağa, təklifləri dəyərləndirməyə çalışır. Bunun üçün də onlara mükafat təqdim olundu.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man