Şəkidə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qəza bu gün axşam saatlarında Bolludərə kəndi ərazisində qeydə alınıb.
Kənd sakini Füzuli Əhmədovun idarə etdiyi "VAZ-2103" markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə Füzuli Əhmədov, onun həyat yoldaşı, qızı və nəvəsi müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda onların müalicəsi xəstəxanada davam edir.
Faktla bağlı araşdırma aparılır.///report
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man