Füzulidə avtomobil traktorla toqquşub, ölən və xəsarət alan var

Yol qəzaları 09 Dekabr 2021 | 23:09
OXUNUB: 2861

Füzuli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, 1956-cı il təvəllüdlü Həziyev Tahir Misir oğlunun idarə etdiyi “BMV” markalı avtomobil traktorla toqquşub.

Hadisə zamanı sürücü, T.Həziyev hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan sərnişin, 1977-ci il təvəllüdlü Abbasov Ramiz Əlihəd oğlu ağır bədən xəsarətləri alıb.

Yaralı əvvəlcə Füzuli rayonu Mərkəzi Xəstəxanasına aparılıb. Vəziyyəti ağır olduğundan o, Bakıda yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Müayinə zamanı ona bədənin müştərək, qapalı kəllə-beyin, döş qəfəsinin küt travması və baş-beyin ağır dərəcəli əziyi diaqnozları qoyulub. Yaralı reanimasiya şöbəsinə yerləşdirilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man