Yol polisi Salyanda sürücünü təqib edərkən qəza törədib? - RƏSMİ AÇIQLAMA - FOTO

İctimai nəqliyyat 09 Dekabr 2021 | 10:40
OXUNUB: 4260

Sosial şəbəkələrdə Salyan rayon polis şöbəsinin YPX bölməsinin əməkdaşı, polis kapitanı İlkin Əhmədovun, xidməti avtomobil ilə qəza törətməsi ilə bağlı məlumat yayılıb. Bildirilir ki, o, yüksək sürətlə hərəkətdə olarkən, "VAZ 2106" markalı avtomobillə toqquşub. İlkin Əhmədov, hadisəni törədərkən digər bir avtomobili qovduğu bildirilir. Daxili İşlər Nariliyindən məsələ ilə bağlı Avtosfer.az-a bildirilib ki, həmin yol-nəqliyyat hadisəsi dekabrın 4-də saat 11 radələrində Salyan rayonu Cəngan kənd sakini Vüqar Babayevin idarə etdiyi "VAZ-2106" markalı nəqliyyat vasitəsi ilə Salyan-Neftçala magistral yolunun 1-ci kilometrliyində Salyan RPŞ-in DYP-nin YPX-nin əməkdaşının idarə etdiyi xidməti avtomobilin hərəkət istiqamətinə çıxması nəticəsində baş verib. Baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırmalar davam etdirilir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man