Neftçalada xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə bu gün axşam saatlarında rayonun 6-cı məhəlləsində (Qoltuq) qeydə alınıb.
İlkin məlumata görə, məhəllə sakini, 1972-ci il təvəllüdlü Muradov Fəhmin Oruc oğlu sərxoş halda motosikleti idarə edərkən yolun kənarındakı divara çırpıb.
Qəza nəticəsində sürücü müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. O, Neftçala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.///report
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man