Yüksək rütbəli hərbçilərin olduğu helikopter qəzaya uğradı

Yol qəzaları 08 Dekabr 2021 | 13:35
OXUNUB: 800

Hindistanın Tamiland ştatında göyərtəsində dörd yüksək rütbəli hərbçinin olduğu helikopter qəzaya uğrayıb.

Avtosfer.az-ın məlumatına görə, helikopterin öyərtəsində olanlar arasında ölkənin müdafiə qərargahının rəhbəri Bipin Ravat da olub.

Helikopterdə ümumilikdə 14 nəfər olub. Helikopter Hindistan Hərbi Hava Qüvvələrinin Cere bazasından havaya qalxaraq Vellinqton şəhərinə doğru gedirmiş.

Helikopterin qəzaya uğradığı yerdə artıq üç yaralı tapılıb, onlar ağır bədən xəsarətləri alıblar və xəstəxanaya göndəriliblər. Digərlərinin axtarışı davam edir. Bundan əlavə, "India Today" xəbər verir ki, xilasedicilər iki cəsəd tapıblar, lakin bu məlumat hələlik təsdiqini tapmayıb.

Lent.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man