Elektrik motosikletində sürət rekordu: 466 km/saat - VİDEO

Maraqlı 07 Dekabr 2021 | 22:39
OXUNUB: 410

Fransanın “Voxan” şirkətinin layihələndirdiyi “Wattman” model motosikılet öz rekordunu yeniləyib. Avtosfer.az-ın “frandroid.com”a istinadla xəbərinə görə bir müddət əvvəl motosiklet 407 km/saat sürətə çatmağa  nail olmuşdu. Budəfəki sınaqda isə növbəti rekord qeydə alınıb: 466 km/saat. Bəs buna necə nail olunub?
Litium batareyalı motosikletin mühərriki 425 at gücü hasil edir ki, bu da müasir lüks sedanlardakından daha yüksəkdir. Bundan əlavə, texnikanın aerodinamikası mükəmməldir. Havanı yarmağa mane olan soyutma sistemi, qabaq təkər əyləci kimi detallar yoxdur. Mexaniki tormoz yalnız arxa təkərdədir. Soyutma qapalı şəraitdə karbon 4 oksidlə (danışıqda quru buz) həyata keçirilir. 
Motosikletin sürətlənmə zamanı yaratdığı səs təyyarənin qalxarkən çıxarsdığı səslə eyni səviyyədədir. 

İstehsala gəlincə, bu motosiklet cəmi 1 ədəd istehsal edilib. Növbəti mərhələdə texnika 500 km/saat sürətə çatmaq üçün təkmilləşdiriləcək. İkinci nüsxənin hazırlanması nəzərdə tutulmur.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man