Qaxda yol qəzasında Ucar sakini xəsarət alıb

Yol qəzaları 06 Dekabr 2021 | 22:55
OXUNUB: 2870

Şəki-Qax avtomobil yolunun 24-cü kilometrliyində - Qax rayon ərazisindən keçən hissəsində yol qəzası baş verib.

APA-nın məlumatına görə, 1980-ci il təvəllüdlü, Sumqayıt şəhəri İnşaatçılar qəsəbə sakini Mayılov Mənsur Əliyulla oğlu idarə etdiyi “Toyota Avalon” markalı 99 EK 872 dövlət qeydiyyat nişanlı avtomobillə Qax şəhəri istiqamətindən Şəki rayonu istiqamətində hərəkətdə olarkən, qarşıda onunla eyni istiqamətdə hərəkətdə olan 1988-ci il təvəllüdlü, Qax rayonunun İlisu kənd sakini Abbasov Nicat Hamlet oğlunun idarə etdiyi “VAZ-21043 markalı 34 BH 142 dövlət qeydiyyat nişanlı avtomobilin sol orta hissəsindən vurub.

Qəza nəticəsində “Toyota Avalon” markalı avtomobilin salonunda olan sərnişin, 1984-cü il təvəllüdlü, Ucar rayonunun Bərgüşad kənd sakini Səfərəliyev Anar Şaxo oğlu aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayan Mərkəzi Xəstəxanasına müraciət edib.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man