DSX-nın əməkdaşı qəza törədib qaçdı - SÜRÜCÜDƏN ŞİKAYƏT - VİDEO

Nəqliyyat TV 06 Dekabr 2021 | 11:59
OXUNUB: 3855

Dövlət Sərhəd Xidmətinə məxsus (DSX) avtomobilin sürücüsü qəza törədərək hadisə yerindən qaçıb. Bu barədə zərərçəkmiş sürücü Pərviz Süleymanov Avtosfer.az-a şikayət ünvanlayıb. Onun sözlərinə görə hadisə avqustun 27-də Mərdəkan qəsəbəsinin daxili küçələrinin birində baş verib: “Dövlət Sərhəd Xidmətinə məxsus D 368 XT qeydiyyat nişanlı “MAZ” markalı avtomobilin sürücüsü Elməddin Xasıyev qayda pozaraq mənim idarə etdiyim 10-LL-220 qeydiyyat nişanlı “Toyota” markalı maşını vurub. Hadisə zamanı sürücü və yanındakı rəhbər şəxs polisə məlumat verməməyimi xahiş etdi və dəymiş ziyanı tam şəkildə ödəyəcəyini bildirdi. Qeyd edim ki, avtomobilimə 2470 manat ziyan dəyib”.

Zərərçəkmiş P.Süleymanov bildirir ki, onlar dəymiş ziyana görə 200 manat ödəyib yoxa çıxdılar. “Hal-hazırda sürücü və yanındakı rəhbər şəxsin telefonuna zəng çatmır. Bu barədə DSX-yə şikayət etdim, bundan sonra həmin qurumun mətbuat xidmətindən mənə zəng edərək dəymiş ziyanın ödəniləcəyi ilə bağlı söz verdilər. Lakin yenə də heç kim pulu ödəmədi”.

Ümid edirik ki, aidiyyəti qurumlar baş verən hadisə ilə bağlı tez bir zamanda ölçü götürəcək.

Təbriz

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man