YPX avtomobili qəzaya düşüb - DIN-dən RƏSMİ AÇIQLAMA

İctimai nəqliyyat 06 Dekabr 2021 | 11:11
OXUNUB: 1579

Salyanda yol patrul xidməti avtomobili (YPX) ilə minik avtomobili toqquşub. Avtosfer.az xəbər verir ki, bu barədə məlumatlar sosial şəbəkələrdə paylaşılıb. İlkin məlumata görə hadisə zamanı ölən olmayıb. Xəsarət alanların olduğu ehtimal edilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, həmin yol-nəqliyyat hadisəsi dekabrın 4-də saat 11:00 radələrində baş verib: “Belə ki, Salyan rayonu Cəngan kənd sakini Vüqar Babayevin idarə etdiyi VAZ-2106 markalı nəqliyyat vasitəsi ilə Salyan-Neftçala magistral yolunun 1-ci kilometrliyində Salyan Rayon Polis Şöbəsinin YPX əməkdaşının idarə etdiyi xidməti avtomobilin hərəkət istiqamətinə çıxması nəticəsində baş verib. Baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırmalar davam etdirilir”.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man