Azərbaycanda dəhşətli qəza: Evə qayıdarkən suya düşən maşında öldülər - VİDEO

Yol qəzaları 06 Dekabr 2021 | 08:43
OXUNUB: 1510

Sabirabadda avtomobil kanala aşıb, 2 nəfər ölüb. Hadisə Sabirabad rayonunun Nərimankənd kəndində qeydə alınıb. Sabirabad rayonunun Nərimankənd kənd sakinləri, 1990-cı il təvəllüdlü Bayramov Fəyyal Eldar oğlu idarə etdi “QAZ-31” markalı 54 BM 990 dövlət nömrə nişanlı avtomobil sürətlə hərəkətdə olarkən kənd ərazisində yerləşən Sabir adına kanala aşıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin kənd sakini, 1989-cu il təvəllüdlü Məmmədov Cəlal Qubad oğlu suda boğularaq ölüblər. Meyitləri sudan çıxarmaq üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Sabirabad YMX-nın xüsusi riskli xilasetmə qüvvələri cəlb edilib. Meyitlər sudan çıxarılaraq müayinə olunmaq üçün Sabirabad Məhkəmə Tibbi Ekspertiza və Patoloji anatomiya mərkəzinə yerləşdirlib.

Dəhşətli yol qəzasının təfərüatları məlum olub. Avtosfer.az xəbər verir ki, rayon ərazisində "QAZ” markalı yük maşınının Sabir kanalına aşması nəticəsində vəfat edən şəxslərin ikisi də Nərimankənd kəndinin sakinləridir. Belə ki, hadisə avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Bayramov Fəyal Eldar oğlunun və sərnişini, 1989-cu il təvəllüdlü Məmmədov Cəlal Qurban oğlu gecə saatlarında kəndə qayıdarkən baş verib. F.Bayramov maşını kəndin girişi istiqamətində döndərərkən nəqliyyat vasitəsi idarəetmədən çıxıb və ön kabina hissəsi su kanalına düşüb. Bu zaman hər iki şəxs maşından çıxmağa cəhd göstərdiyi vaxt avtomobil yanı üstə suya yuvarlanıb. Nəticədə kabina tamamilə su ilə dolub və onların ikisi də boğularaq ölüb.

Faktla bağlı Sabirabad polis şöbəsi tərəfindən araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man