Ucarda ana və iki övladı yol qəzasında xəsarət alıb

Yol qəzaları 06 Dekabr 2021 | 00:16
OXUNUB: 2303

Ucarda baş verən yol qəzasında bir neçə nəfər xəsarət alıb.

"Report"un Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun rayonun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “99 LN 502” dövlət nömrə nişanlı "Hyundai" markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Nəticədə Ağdaş rayon sakinləri - 1985-ci il təvəllüdlü Pərvanə Ramiz qızı Abdullayeva, onun övladları - 2005-ci il təvəllüdlü Aytac Bəxtiyar qızı Abdullayeva və 2007-ci il təvəllüdlü Abdulla Bəxtiyar oğlu Abdullayev müxtəlif xəsarətlər alıblar.

Yaralılar Ucar Rayon Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man