Azərbaycanda polis BIÇAQLANDI: həbs edilən var

29 Noyabr 2021 | 11:07
OXUNUB: 848
Şirvanda polisə qarşı xuliqanlıq edən saxlanılıb.

Sfera.az xəbər verir ki, bu barədə Lent.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov məlumat verib.

O bildirib ki, qeyd edilən hadisə noyabr ayının 26-da baş verib: "Xuliqanlıq hərəkətləri edən Xəqani Əliyev hadisə zamanı polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 221.3 (Xuliqanlıq -  Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi açılıb. Şirvan Şəhər Məhkəməsinin qərarı ilə X.Əliyev barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib, cinayət işi üzrə araşdırmalar davam etdirilir”.

Qeyd edək ki, Şirvan şəhər Mənzil Kommunal İstismar Sahəsinin ("JEK”) rəisi Etibar Nəcəfovun iş otağında Xəqani Əliyev Şirvan şəhər Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis baş leytenantı 1985-ci il təvəllüdlü Emin Budaqovun əlindən bıçaqla vuraraq xəsarət yetirib.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man