Bəzi radiolar avtomobillərdə işləmir- Səbəb nədir? - VİDEO

Maraqlı 05 Dekabr 2021 | 16:22
OXUNUB: 933

Xaricdən gətirilən bəzi avtomobillərdə  bir sıra radio dalğaları işləmir.

Avtosfer.az-ın məlumatına görə, belə hala əsasən Amerika və Yaponiya istehsalı olan avtomobillərdə rast gəlinir.

Sürücülərin sözlərinə görə, həmin istehsalçı ölkələrin avtomobillərində 'nöqtəsiz FM dalğalar  işləmir. Ancaq nöqtəli FM dalğalar işləyir.

Bəs radio dalğalarının işləməməsinə səbəb nədir?

Teleradio İstehsalat Birliyinin əməkdaşı Orxan Kərimov deyib ki, hazırda ölkəmizdə radiolar rəqəmsallaşmaya doğru getdiyindən bəzi dalğalar xarici ölkə istehsalı olan avtomobillərdə işləmir. Onun sözlərinə görə, Avropada radiolar rəqəmsallaşıb, yəni DAB+ texnologiyasına keçib. Bu sistem Azərbaycanda test rejimində tətbiq edilir.

Orxan Kərimov bildirib ki, son 10 ildə yeni istehsal olunan xarici avtomobillərdə radioqəbuledicilər rəqəmli radio texnologiyasını dəstəkləyir. Buna görə də həmin ölkələrdən gətirilən avtomobillərdə nöqtəli radio FM-lər işləmir. Radioların rəqəmsallaşması ölkənin efir məkanının təhlükəsizliyinin qorunması baxımından da çox əhəmiyyətlidir.

Qeyd edək ki, FM-lər rəqəmsallaşarsa, xarici radio dalğalarının ölkəmizin efir məkanına müdaxiləsi də minimuma enəcək. 

Xatırladaq ki, Avropanın bir çox ölkəsində bu sistem tətbiq edilir və müsbət nəticəsi var. Norveçdə FM-radio yayımı ümumiyyətlə yoxdur, hamısı DAB/DAB+ texnologiyasındadır. Britaniya, Almaniya və İtaliyada da yayımda ən çox rəqəmsal radio dalğalarıdır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man