Qusar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
APA-nın verdiyi məlumata görə, qəza rayonun Həzrə kəndi ərazisində qeydə alınıb. 61 yaşlı Mirzə Fərəməzovun idarə etdiyi “Chevrolet” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb.
Qəza zamanı sürücü dünyasını dəyişib, sərnişin - 1992-ci il təvəllüdlü Əliməmmədova Xəyalə Bədrəddin qızı isə ağır xəsarətlər alıb. Yaralı Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man