Yol polisinə lezva çıxardan "avtoş" yenə həbs olundu - VİDEO

İctimai nəqliyyat 02 Dekabr 2021 | 14:04
OXUNUB: 3873

Bakının "islah olmayan" "avtoşu" yenidən həbs edilib. Bu barədə Avtosfer.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilir ki,  90 OP 027 dövlət nömrə nişanlı, VAZ 21 07 markalı avtomobilin sürücüsü Babək prospektində qəza törədib və hadisə yerindən qaçıb. Yol polisi əməkdaşlarının keçirdiyi axtarış tədbirləri nəticəsində sürücü Zahir Zakir oğlu Zalov həbs saxlanılıb. 

Onun barəsində toplanmış materiallar aidəyyi üzrə məhkəməyə təqdim olunub. Məhkəmə sürücünü İnzibati Xətalar Məcəlləsinin 333.1 və 551.1.2 maddələri ilə təqsirli bilib. Zahir Zalov məhkəmənin qərarı ilə bir il sürücülük hüququndan məhrum edilməklə 1 ay müddətində inzibati qaydada həbs olunub. 
Qeyd edək ki, sürücü əsasən gecə saatlarında avtoxuliqanlıq edir. Musiqiyə yüksək səs verərək avtomobil ilə təhlükəli manevrlər edir. Həmçinin dəfələrlə digər sürücüləri təhlükəyə atır. Belə ki, əks yola çıxaraq yüksək sürətlə digər maşınları çaşdırır. Sürücü bütün bu hərəkətlərini çəkərək "Instagram" hesabında yerləşdirir. Həmçinin hesabında içki, narkotik kimi zərərli vərdişləri təbliğ edir. 

Sürücünün törətdiyi əməllərdən ibarət videomaterialı təqdim edirik:

Fərid

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man