DİM ali məktəblərə qəbul proqramında dəyişiklik etdi

26 Noyabr 2021 | 13:10
OXUNUB: 1168
Yeni iqtisadi rayonlar mövzusu coğrafiya fənni üzrə ali təhsil müəssisələrinə qəbul proqramına daxil edilib.

Sfera.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, Prezidentin müvafiq fərmanına əsasən, respublikanın iqtisadi rayonlarının yeni bölgüsü təsdiq edilib. Yeni bölgüyə əsasən, Azərbaycanda 14 iqtisadi rayon yaradılıb: Bakı, Naxçıvan, Abşeron–Xızı, Dağlıq Şirvan, Şirvan–Salyan, Qarabağ, Qazax–Tovuz, Quba–Xaçmaz, Lənkəran–Astara, Mərkəzi Aran, Mil–Muğan, Şəki–Zaqatala, Şərqi Zəngəzur, Gəncə–Daşkəsən.

Azərbaycanın iqtisadi rayonlarının yeni bölgüsü respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan dərsliklərdə hələlik öz əksini tapmayıb. Lakin müasir dövrdə 44 günlük Vətən müharibəsi nəticəsində torpaqların işğaldan azad olunması xalqın gözü qarşısında baş verdi. 30 ildən sonra Azərbaycanın ərazi bütövlüyü bərpa edildi.

Bunlar nəzərə alınaraq yeni iqtisadi rayonlar mövzusu coğrafiya fənni üzrə ali təhsil müəssisələrinə qəbul proqramına daxil edilib. Proqram "Abituriyent” jurnalının birinci sayında dərc olunacaq.

Dövlət İmtahan Mərkəzi iqtisadi rayonlar mövzusu əsasında Azərbaycan və rus dillərində iqtisadi rayonların yeni bölgüsünün əks olunduğu məqaləni təqdim edir. Məqalə yaxın vaxtlarda "Abituriyent” jurnalının 2-ci sayında da dərc olunacaq.

Ali təhsil müəssisələrinə qəbul imtahanlarında Azərbaycan iqtisadi rayonlarına dair istifadəsi nəzərdə tutulmuş tapşırıqlar aşağıdakı material əsasında tərtib ediləcək:

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man