Bakıda "AA" seriyalı avtomobil piyadanı vurub ÖLDÜRDÜ - Günahkar başqa sürücü çıxdı

Yol qəzaları 02 Dekabr 2021 | 11:23
OXUNUB: 2359

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Avtosfer.az xəbər verir ki, hadisə Səbail rayonu, Yeni Salyan yolunda, Bibiheybət məscidi yaxınlığında baş verib. Saat 07.00 radələrində şəhər istiqamətində hərəkətdə olan "10-AA-659" dövlət nömrə nişanlı “BMW” markalı minik avtomobili yolu keçmək istəyən 20-25 yaşlı gənci vurub. Piyada hadisə yerində keçinib.

 

DİN Mətbuat xidmətindən isə bildirilib ki, dekabrın 2-də səhər 07:09 radələrində Səbail rayonu ərazisində Bibiheybət məscidinin yaxınlığında piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bakı şəhər sakini Fariz Məmmədovun idarə etdiyi 90 SB 966 nömrəli “Nissan X-Trail” markalı  avtomobillə piyada keçidi üçün nəzərdə tutulmayan yerdən yolu keçmək istəyən Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü Məzahir Əliyev vurulub. Nəticədə piyada yolun əks istiqamətində hərəkətdə olan Nəsimi Mustafayevin idarə etdiyi “BMW” markalı avtomobilin qarşısına düşüb. N.Mustafayev dərhal avtomobili dayandırıb. Lakin piyada hadisə yerində vəfat edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma -  ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Hadisə yerinə baxış keçirilib, sxem tərtib edilib və digər istintaq hərəkətləri həyata keçirilib. Araşdırma davam etdirilir.

Qeyd edək ki, piyadanın qarşısına düşdüyü “BMW” markalı avtomobil 10 AA 659 nömrə nişanlıdır.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man