Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Report"un məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, 1996-cı il təvəllüdlü İsmayıllı Uğur Emin oğlu idarə etdiyi motosikleti yol qırağındakı maneəyə çırpıb.
Nəticədə U. İsmayıllı və motosikletdə olan sərnişin, 1995- cı il təvəllüdlü Həsənov Turan Xaləddin oğlu xəsarət alıblar.
Hər iki şəxs xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man