Sürücülük vəsiqəni təhvil ver, 1 il pulsuz gəz - Qeyri-adi layihə - FOTO

Nəqliyyat xəbərləri 02 Dekabr 2021 | 08:43
OXUNUB: 651

Almaniyanın Baden Vürtemberq torpağının (sahəsi 35 751 kvadrat kilometr) rəhbərliyi maraqlı təkliflə çıxış edib. Avtosfer.az xəbər verir ki, torpağın rəhbərliyi yaşlı sürücülərin yollardan yığışması üçün layihəyə start verir. Statistikaya görə, Almaniyada ölümlə nəticələnən qəzalardan üçdə ikisini yaşı 60-dan çox olan sürücülər törədir. Niyyət də məhz onları qorumaqdır. 


Qayda sadədir: yaşı 65-i keçən və ya 60-ı keçən və pensiya alan Baden Vbürtemberq sakini sürücülük vəsiqəsini bələdiyyəyə təqdim edir. Bunun əvəzində ona ictimai nəqliyyatdan 1 il pulsuz istifadə üçün kart təqdim olunur. Vəsiqəni təqdim edən şəxs həm də maşın sürməyəcəyinə dair şərəf və ləyaqətinə and içməlidir.
Baden Vürtemberqin rəhbərliyi hesab edir ki, ictimai nəqliyyat yaşlılar üçün daha təhlükəsizdir.
Qeyd edək ki, bu tip təcrübələr Avropada yeni deyil. Ayrı-ayrı ölkələrdə bu cür kampaniyalar keçirilir və hamısı yüksək nəticə verir. 
Görəsən bizdə bu yolla şəhərdəki sıxlığı azaltmaq mümkün olarmı?

Vüqar Yaşaroğlu

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man