Ucarda piyadanı avtomobil vurub.
APA-nın xəbərinə görə, hadisə Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Ənvər Məmmədxanlı kəndindən gecən hissəsində baş verib. Qoşqulu "KamAz" markalı yük maşını yolu keçən piyada, Kürdəmir rayon sakini, 1949-cı il təvəllüdlü Bəhrəm Şərif oğlu Dəmirovu vurub. B. Dəmirov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man