Paytaxtın Nizami rayonu ərazisində avtoxuliqanlıq edən taksi sürücüsü həbs olunub. Bu barədə Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Bildirib ki, 50 EC 874 dövlət nömrə nişanlı, “Kia Rio” markalı avtomobilin sürücüsünə qaydaları kobud şəkildə pozduğu üçün yol polisi tərəfindən “saxla” işarəsi verilib. Lakin sürücü buna məhəl qoymayaraq hərəkətinə davam edib. Eyni zamanda avtoxuliqanlıq hərəkətləri edərək digər hərəkət iştirakçılarına təhlükə yaradıb. YPX əməkdaşları sürücünü saxlamağa müvəffəq olub. Aparılan araşdırma zamanı sürücü Vasif Quluzadənin əvvəllər də dəfələrlə qayda pozması ilə bağlı faktlar ortaya çıxıb.
Taksi şirkətlərinin birində çalışan sürücü barəsində toplanmış materiallar aidiyyəti üzrə Nizami rayon məhkəməsinə təqdim edilib. Məhkəmənin qərarı ilə sürücü Vasif Quluzadə sürücülük hüququ bir il məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati qaydada həbs olunub.
Fərid
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man