"Heydər məscidi"nin yaxınlığında "avtoşluq" edən sürücü həbs olundu - VİDEO

Nəqliyyat TV 07 Dekabr 2021 | 19:40
OXUNUB: 23955

Binəqədi rayonu ərazisində avtoxuliqanlıq edən sürücü həbs olunub.  Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə 10 SJ 776 dövlət nömrə nişanlı, "VAZ-2106" markalı avtomobil ilə "Heydər məscidi"nin yaxınlığında cəmiyyətə açıq şəkildə hörmətsizlik edərək avtoxuliqanlıq hərəkətləri edən sürücünün videosu yayılıb. Sürücü təhlükəli manevrlər edib və nəticədə bardürə çırpılaraq qəza törədib. Həm avtomobilə, həm də bardürə ciddi ziyan dəyib. 
Hadisə yerinə Binəqədi rayon Dövlət Yol Polisi şöbəsinin əməkdaşları gəlib. Araşdırma zamanı məlum olub ki, hadisəni törədən və avtoxuliqanlıq edən 19 yaşlı Ayhan Novruzovdur. 
Sürücü saxlanılıb və barəsində toplanmış materiallar aidiyyəti üzrə Binəqədi rayon məhkəməsinə təqdim edilib. Məhkəmənin qərarı ilə sürücü bir il sürücülük hüququndan məhrum edilməklə 15 gün müddətində inzibati qaydada həbs olunub. 
Yol Polisi sürücülərə xəbərdarlıq edir ki, adıçəkilən ərazi kamera və eyni zamanda yol polisinin nəzarəti altındadır. Hər hansı neqativ hal baş verərsə həmin sürücülər barəsində qanunauyğun şəkildə ciddi tədbirlər görüləcək.  Videonu təqdim edirik:

Fərid

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man