Bakıda "Kamaz"ın altına girən "BMW" sürücüsü ilə bağlı şok detallar məlum olub. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, sosial şəbəkələrdə bildirilir ki, sürücü dostlarına zəng edərək halallaşıb və deyib ki, özümü maşının altına atmağa gedirəm. Daha sonra mobil telefonunu söndürüb. Binəqədi-Novxanı yolunda qarşı yola çıxaraq əvvəlcə yük maşını ilə toqquşub və sonra digər "Kamaz"ın altına girib. Hadisənin intihar olduğu ehtimal olunur. Dostları onu xilas etmək üçün ardınca gəlsələr də hadisə yerinə gec çatıblar. Sürücünün adının Nahid olduğu bildirilir.
Avtomobil zərbədən yanıb. Sürücünün cəsədini lukdan çıxarıblar.
Özünü sürücünün qardaşı kimi təqdim edən Ziyan adlı şəxs Avtosfer.az-a bildirib ki, hadisədə intihar məqsədi olmayıb. Nahid sadəcə idarəetməni itirib və qəza törədib. Ziya onu da əlavə edib ki, yük maşınının sürücüsündən şikayətçi olmayacaqlar.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man