Qırmızı işıqdan keçən “ayıq sürücü” qəza törədib - FOTO

Yol qəzaları 23 Noyabr 2021 | 08:55
OXUNUB: 906

Bakının Yasamal rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə və Əsəd Əhmədov küçələrinin kəsişməsində qeydə alınıb.

“KİA” markalı avtomobilin sürücüsü işıqforun yaşıl işığından keçən zaman “Chevrolet” markalı avtomobillə toqquşub. “Chevrolet” idarəetməni itirərək “KİA” markalı avtomobilə çırpıb.

Qəza zamanı “KİA”nı idarə edən qadın xəsarət alıb. Hadisə şahidlərinin məlumatına görə, “Chevrolet”i idarə edən şəxs “ayıq sürücü” xidmətinin əməkdaşı olub.

“Chevrolet”in sürücüsünün Abbas Mirzə Şərifzadə küçəsində işıqforun qırmızı işığından keçdiyi bildirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man