Şəhid ailələri və qazilərlə bağlı vergi güzəştlərinin həcmi artırılır

Yeniliklər 22 Noyabr 2021 | 19:30
OXUNUB: 844

Şəhid ailələrinə və müharibə əlillərinə göstərilən maddi yardımların gəlir vergisindən azad olunan məbləği 10 min manatdan 20 min manata qədər artırılır.

APA-nın məlumatına görə, bunu bu gün Dövlət Vergi Xidməti rəisinin müavini Samirə Musayeva Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin geniş tərkibdə onlayn iclasında bildirib.

Qeyd edək ki, Vergi Məcəlləsinə təklif olunan dəyişikliyin birinci oxunuşunda bu məbləğ 10 min manat olub. Beləliklə, deputatların birinci oxunuşda qaldırdığı məsələlər əsasında Vergi Məcəlləsində ikinci oxunuşda bu məbləğ artırılıb.

Eyni zamanda layihədə “Müharibədə yaralanan” anlayışı “Müharibə iştirakçıları” termini ilə əvəz olunub.

Layihə parlamentin plenar iclasına tövsiyə olunub.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man