Naxçıvandan Məşhədə dəmiryol reysi bərpa oluna bilər

Yeniliklər 22 Noyabr 2021 | 14:17
OXUNUB: 472

"Azərbaycanın nümayəndə heyətinin İrana səfəri ikitərəfli əlaqələrin inkişafına müsbət təsir edəcək".

Avtosfer.az  xəbər verir ki, bunu qonşu ölkənin yolların və şəhərlərin inkişafı naziri Rüstəm Qasemi İran-Azərbaycan Birgə İqtisadi Komissiyasının Tehranda keçirilmiş iclasında deyib.

Onun sözlərinə görə, səfər iki ölkə arasında imzalanmış müqavilələrin şərtlərinə əməl olunması üçün maneələri aradan qaldıracaq: "Bu, hər iki xalqın mənafeyinə xidmət edir”.

Nazir əlavə edib ki, İran-Azərbaycan sərhədində 100 metrlik körpünün tikintisi və Rəşt-Astara dəmiryolu dəhlizinin tamamlanması nümayəndə heyətinin səfəri zamanı müzakirə olunacaq əsas məsələlərdəndir: "Bizim azərbaycanlı dostlarımız İranın Astara şəhərində terminalın tikintisinə sərmayə qoyublar, onun bir hissəsi tamamlanıb. Terminalın başa çatdırılması ilə bağlı müzakirələr aparılacaq. Biz Azərbaycanın Astara şəhərində də görüş keçirəcəyik, Naxçıvan-Məşhəd dəmir yolu layihəsini yenidən aktivləşdirəcəyik. Avtomobil nəqliyyatı və avtomobil tranziti sahəsində əməkdaşlıq bu komissiyanın ən mühüm danışıqlar mövzularından biridir".

Xatırladaq ki, Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarı 2016-cı ilin dekabrın 29-da hərəkətə başlayıb və təxminən 1 il sonra müəyyən texniki səbəblərdən onun fəaliyyəti müvəqqəti dayandırılıb.

“Report” 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man