Keçmiş prezident sürücülük vəsiqəsindən məhrum edilib

Maraqlı 20 Noyabr 2021 | 22:07
OXUNUB: 780

Avropa İttifaqı (Aİ) Şurasının keçmiş prezidenti, Polşanın keçmiş baş naziri və hazırkı müxalifət lideri Donald Tusk sürət həddini aşdığı üçün sürücülük vəsiqəsindən məhrum edilib.

Bu barədə Donald Tusk "Twitter" hesabında bildirib.

“Yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar üç ay müddətinə sürücülük vəsiqəmin ləğvi, 10 bal və cəriməm var. Adekvatdır. Mən bu cəzanı müzakirə etmədən qəbul etdim", - deyə o bildirib.

Mlava rayon polis departamentinin sözçüsü jurnalistlərə faktı təsdiqləyib. Qeyd olunub ki, şənbə günü səhər Vişnevo kəndində polis sürəti saatda 50 kilometrdən çox aşan "Skoda" avtomobilinin sürücüsünü saxlayıb. Polis sözçüsü cərimələnən şəxsin Donald Tusk olduğunu və onun nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edildiyini və cərimə olunduğunu təsdiqləyib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man