Ucarda piyadalara hərəkət etməkdə çətinlik yaradan səkilər artıq 5-6 ildir sakinlərin kabusuna çevrilib.
Vətəndaşlar deyir ki, əvvəllər səkilərin üstü bomboş, tam rahat və təhlükəsiz hərəkət üçün əlverişli idi. Lakin bir neçə il öncə təbiəti yaşıllaşdırmaq adı ilə yol boyu səkilərdə ağaclar əkilməyə başlandı. Bu vəziyyət əvvəlcə elə də problem yaratmasa da, ağaclar qol-budaq atdıqca sakinlərin işini müşkülə çevirməyə başlayıb.
Qeyd edək ki, gediş-gəlişə tam yaramadığı üçün vətəndaşlar səkilərdən aşağı düşərək avtomobil yolu ilə hərəkət etməli olur. Nəticədə, həm özlərinə təhlükə yaradır, həm də sürücülərin işini çətinləşdirirlər.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man