Kosmosa ilk uçuşdan cəmi 60 il keçib, lakin dünya tanınmayacaq dərəcədə dəyişib, onun səyahət coğrafiyası isə yer qitəsindən planetin hüdudlarından kənara uçuşlaradək genişlənib. Hələlik kosmosa yalnız seçilmişlərin yollanmasına baxmayaraq bir çox yerlər vardır ki, orada kosmik tematikaya baş vurmaq mümkündür. “Skyscanner” xidmətinin analitikləri tərəfindən seçilən, hər kəsin ulduzlara daha yaxın ola biləcəyi 5 məkanı diqqətinizə çatdırırıq.
1.Ulduz şəhərciyi, Korolyov, Rusiya
Moskvanın yaxınlığında, Korolyovda özünüzü kosmonavt kimi hiss etməniz mümkündür. Ulduz şəhərciyindəki Kosmonavtların Hazırlığı Mərkəzində “İL-76” aerobusunun salonunda məşq uçuşunu 200 min rubl (təxminən 3140 dollar) müqabilində bronlamaq olar. Siz 1-1,5 saat uçuşda olacaq, təxminən 250 saniyə özünüzü çəkisizlik vəziyyətində hiss edəcəksiniz.
2.Kennedi Kosmik Mərkəzi, Kanaveral burnu, ABŞ
Kennedi Kosmik Mərkəzi ABŞ-ın fəaliyyətdə olan kosmodromudur. Onun nəzdində nəhəng muzey-əyləncə kompleksi fəaliyyət göstərir. Bura həm böyüklər, həm də kiçiklərə maraqlı ola bilər. Burada raket parkında gəzmək, sexləri ziyarət edərək kosmik aparatların necə yığılmasına baxmaq olar. Həmçinin uçuşları idarəetmə mərkəzini və içərisində astronavtların Aydan qayıtdıqları kapsulu görmək mümkündür.
3.Baykonur, Qazaxıstan
Dünyanın ən qocaman kosmodromunun təqdimata ehtiyacı yoxdur: məhz buradan ilk dəfə Qaqarin kosmosa uçub. Bu gün isə Beynəlxalq Kosmik Stansiyaya beynəlxalq heyət yollanır. Baykonura yalnız rəsmi ekskursiya vasitəsilə düşmək olar. Ekskursiya çərçivəsində sizin təkcə raketin buraxılmasını izləmək deyil, həmçinin start meydançasında olmaq, kosmodromun necə qurulmasını öyrənmək, Qaqarinin “evinə” baxmaq və hətta kosmonavtları yola salmaq fürsətiniz yaranacaq. Belə ziyarət sizə təxminən 650 dollara başa gələcək.
4.Taneqasima Kosmik Mərkəzi, Yaponiya
Bu yük kosmodromu irimiqyaslı missiyalarla məşhurlaşmasa da, o, gediş-gəlişi olmayan ağappaq çimərlikləri və ətrafdakı qayalıq sahilləri sayəsində dünyada ən gözəl start meydançası adını qazanıb. Burada qonaqları görməyə hər zaman şaddırlar. Giriş pulsuzdur, hətta qabaqcadan yazılmağa da ehtiyac yoxdur.
5.SpaceX ofisi, Hotorn, ABŞ
İlon Mask və onun yetirməsi olan SpaseX – bu, o deməkdir ki, şirkət artıq fanatlarla təmin olunub, lakin muzeyə hələ çox zaman var. Hotornda yerləşən şirkətin mənzil-qərargahını içəridən görmək çox az adama nəsib olub. Burada raketləri yığır, yoxlayır və starta hazırlayırlar. İçəriyə yalnız rəsmi press-tur vasitəsilə, yaxud SpaceX-in əməkdaşının köməyi ilə düşmək mümkündür. Əgər sizin arzunuz mümkün hüdudlardan daha güclüdürsə, o zaman Hotornda şirkətin 6000 işçisindən biri ilə tanış olun: iş günü başa çatdıqdan sonra işçilərə dostlarını və ya ailə üzvlərini buraya gətirməyə icazə verilir.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man