Təbii ki, çantasına yolda toxumaq üçün millər qoymuş səyahətçilərdən çoxunun heç bir qəsdi olmur. Ya da özünə yeməyə paştet götürən səyahətçi onun maye hesab edildiyini yəqin ki, bilmir. Aeroportlarda baqaja qarşı irəli sürülən çoxsaylı tələbləri sərnişinlərin yadda saxlaması çətindir. Hansı əşyanı yük bölməsində, hansını salonda daşımaq olar, bunlar haqqında qısa məlumat verəcəyik. Bəzi əşyaları isə elə evdə qoymaq məsləhətdir.
Baqajı özünüz hazırlayın
Unutmayın ki, baqajın daşınması təyinat ölkəsinin gömrük qaydalarına uyğun olaraq aviaşirkətlər tərəfindən həyata keçirilir. Baqajda qəbul edilməyən əşyalar ölkəyə görə dəyişə bilər. Xüsusilə xaricə səyahət edirsinizsə, gedəcəyiniz ölkənin məhdudiyyətlərini öyrənmək faydalıdır.
Digər tərəfdən, aviaşirkətlər təhlükəsizlik baxımından baqajın sərnişinin özü tərəfindən hazırlanmalı olduğunu vurğulayır. Əgər baqajınızı başqası hazırlayırsa, bunun sizin nəzarətinizlə olması çox vacibdir. Bağlı qutular və bağlamalar kimi bütün bağlamaları baqajınıza qoymazdan əvvəl yoxlamaq xüsusilə faydalıdır. Başqasına çatdırmaq üçün sizə verilən bağlamalara isə xüsusilə diqqət yetirmək çox vacibdir!
Salona və yük yerində baqaja qoyulması qadağan olan əşyalar:
Bəzi əşyalar var ki, onların salona, bəzilərini isə yük yerində daşımaq olar. Ona görə də bu kateqoriyanı aşağıdakı kimi qeyd etmək olar:
Əl yükündə daşınması qadağan olunan əşyalar
Həcmi 100 milliqramdan çox olan mayelər gözünüzün qarşısındaca zibil qutusuna atılacaq. Yoxlamadan keçərkən iri həcmli kosmetik vasitələri, sevdiyi ətirləri “zibil” olanların “vay, vay, mən bilmirdim”, demələrinin yəqin ki, çoxumuz şahidi olmuşuq.
Bu kateqoriya çox vaxt içərisində içki olan butulkalara, losyon, tonik, maye sabun və şampun kimi kosmetik və gigiyenik vasitələrə şamil olunur. Yeri gəlmişkən, diş pastası, eləcə də çörəyə yaxılan bəzi yeməklər, o cümlədən paştet, ketçup, bal və s. də aeroport işçisi üçün mayedir.
Nəzərə almaq lazımdır ki, nəzarət-buraxılış xidməti qablaşmanın içindəki mayenin həcminə deyil, özünün ölçüsünə baxır. Məsələn, 200 milliqramlıq butulkanın içərisində cəmi 50 milliqram şampun qalmasına baxmayaraq, bu butulkanın həcmi 100 milliqramdan çox hesab ediləcək. Ona görə də kosmetika və yemək daşımaq üçün həcmi 100 milliqrama qədər olan qablardan istifadə edin. Daha həcmli əşyaları çamadana qoyub baqaja təhvil verin.
Həcmi 100 ml-dək tutumlarda daşınması mümkün olmayan lakin səfər zamanı həyat ümün vacib olan, tibbi və ya diyetik tələbatı təmin etmək üçün zəruri olan mayelər yuxarıda göstərilən məhdudiyyətlərdən azad olunur.
Kibrit və alışqan
Dərhal qeyd edək ki, ABŞ-ın hava limanlarında təyyarəyə kibrit, yaxud alışqan götürmək qadağandır. Avropada, eləcə də Azərbaycanda isə bir qutu kibrit və ya bir alışqanı cibinə qoya bilərsən.
Deşici və kəsici alətlər
Qayçı, qatlama bıçaq, probkaaçan, toxuma milləri və digər deşici-kəsici alətləri əl yükündə daşımaq qadağandır. Bu əşyaları təyyarənin salonuna keçirməyə icazə verilmir. Bunları yalnız yük bölməsində daşımaq olar. Amma etibarlı şəkildə qablaşdırılmalıdır ki, əşyalarınız və çamadanınız zədələnməsin.
Təhvil verilən baqajda daşınması qəti qadağan olunan əşyalar
Yük yerinə təhvil verilən baqajlar da ciddi şəkildə yoxlanılır. Təhülkəsizlik baxımından qadağan qoyulanlar bunlardır: radiokativ maddələr, qaz, partlayıcı maddələr, fişəng, zəhər, paslanmaya meyilli maddələr, maqnitlər.
Litium batareyaları və xarici akkumulyatorlar
Aeroport əməkdaşları yük bölməsinə təhvil verilən baqaja baxarkən çox vaxt məhz bu əşyaları müsadirə edirlər. Ona görə də batareyaları və doldurucu akkumulyatorları əl yükündə salona gətirmək olar. Batareyalarda litiumun miqdarı bir batareya üçün 2 qramdan (yaxud 100 vatt-saat) çox olmamalıdır. Bundan əlavə, təyyarəyə yalnız 2 ədəd ehtiyat batareya götürə bilərsiniz.
Bu qayda təhlükəsizlik çeyarlarına görə tətbiq edilib, məsələn, alovlanma baş verərsə, onun qarşısını baqaj bölməsində deyil, məhz salonda daha asan almaq mümkündür.
Alovlanan maddələr
Bura alışqanlar üçün maye, spirtli vasitələr, lak silmək üçün aseton, həcmi 500 milliqramdan çox olan saç lakı daxildir. Bütün bunlar yanğının baş verməsinə səbəb ola bilər. Buna görə də nəzarət-buraxılış məntəqəsində müsadirə olunur.
Patronlar
Silahlara qarşı həmişə xüsusi nəzarət var. Patronları yük bölməsində daşımaq yolverilməzdir! Çünki onlar da partlayış təhlükəli əşyalar sayılır və yanğın təhlükəsizliyi qaydalarını pozur.
Xizək sürtküsü və xizək sürtküsünün silinməsi üçün vasitə
Bu, dağ-xizək kurortlarında fəal istirahəti sevənlər üçün xoşagəlməz xəbərdir. Məsələ bundadır ki, xizəklərin yağlanması üçün vasitələr aeroport əməkdaşlarının müsadirə etdiyi əşyalar sırasındadır, çünki belə sürtkülərin tərkibində alovlanan birləşmələr var. Bu vasitələri nə baqaj bölməsində, nə də əl yükündə daşımaq olar.
Təchizat, soyuq və odlu silah
Bunlar baqaja verilməsinə icazə verilən, amma qəti surətdə salona keçirilməsi qadağan olunan əşyalardır. Eyni zamanda ətirlər, aerozollar da baqajda daşına bilər.
Bir almanı belə aparmağa qadağa qoyan Amerika
Yuxarıda qeyd etdiyimiz, aeroportların təhlükəsizlik sistemlərində qəbul edilmiş ümumi prinsiplərdir. Ona görə də tövsiyyə edirik ki, yola düşməzdən əvvəl giriş ölkəsinin gömrük qaydalarını araşdırın. Məsələn, əgər Amerikaya uçursunuzsa, özünüzlə bir almanı belə keçirə bilməzsiniz. Baqajda və ya əl yükündə, fərqi yoxdur, qida təhlükəsizliyi ilə bağlı ciddi qaydalar qida məhsullarının aparılmasına icazə vermir.
P.S.Xülasə, qanun və qaydalar hamı üçündür. Qayadalar əməl edin və səyahətdən qalmayın. Həmişə gəzməkdə!
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man