"Xanoba" gömrük postunda tikinti işləri 60-90 % icra edilib

Yeniliklər 19 Noyabr 2021 | 20:30
OXUNUB: 1454

Rusiya Federasiyası ilə sərhəddə yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” gömrük postunda kompleks tikinti-quraşdırma işləri hazırda davam edir. Əsas obyektlər üzrə tikinti işləri 60-90 % icra edilib.

Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev AZERTAC-a müsahibəsində deyib.

"Xanoba" gömrük postundakı inşaat işləri Prezident İlham Əliyevin ötən ilin aprel ayında imzaladığı Sərəncama əsasən aparılır.

İnşaat işləri başa çatdıqdan sonra gömrük postunun buraxılış qabiliyyətinin artması ilə yanaşı, ən müasir avadanlıqlarla təchiz edilməsi də nəzərdə tutulur. Bundan başqa, "Xanoba" gömrük postu “Şimal-Cənub” nəqliyyat dəhlizi vasitəsilə yüklərin daha sürətli daşınmasına, sərhədkeçmə proseslərinin asanlaşdırılmasına, ölkəmizin tranzit imkanlarının genişlənməsinə, xüsusilə Azərbaycan-Rusiya sərhədində yaranan növbələrin tam aradan qaldırılmasına şərait yaradacaq", - S.Mehdiyev bildirib.

Qeyd edək ki, mövcud gömrük-keçid məntəqəsi müasir tələblərə tam cavab vermir. Ona görə də yenisi ilə əvəzlənməsi nəzərdə tutulur. Məntəqənin inşasını birtərəfli qaydada Azərbaycan aparır.

Gömrük postunun kompleks tikintisini “AS İnşaat” MMC aparır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man