Azərbaycan hökuməti “Bees Airline” aviaşirkətinə ilk reysini bu il dekabrın 6-da həyata keçirməyə icazə verib.
Bu barədə şirkətdən “avianews.com” saytına bildiriblər.
Odessa və Gəncə arasında mütəmadi reyslər həftədə 1 dəfə - həftənin birinci günləri həyata keçiriləcək.
Odessa-Gəncə reyslərinin bir istiqamət üçün qiyməti, təxminən, 84,3 ABŞ dolları, gediş-gəliş qiyməti, təqribən, 169,7 ABŞ dolları təşkil edir. Ən ucuz tarifə yalnız əl çantasının daşınması daxildir. Təyyarənin salonuna ölçüsü 55х40х23 sm, çəkisi 7 kq-dək olan kişi, qadın çantası və ya noutbuk götürmək olar.
“Bees Airline” avişirkətinin həyata keçirəcəyi Odessa-Gəncə-Odessa reyslərinin cədvəli aşağıdakı kimidir:
- Odessadan uçuş – saat 09:00, Gəncəyə eniş - 13:20, bazar ertəsi
- Gəncədən uçuş – saat 14:20, Odessaya eniş - 15:00, bazar ertəsi
Xatırladaq ki, Ukrayna XİN 2022-ci il yanvarın 1-dək Ukrayna vətəndaşlarının Azərbaycana turizm məqsədilə səfər etməsinə qadağa qoyub. Beləliklə, hələlik bu uçuşlardan qohumlarına baş çəkmək istəyən Ukrayna vətəndaşları faydalanacaqlar.
Azərbaycan vətəndaşları Ukraynaya səfər etmək üçün peyvəndləmə sertifikatına malik olmalı və ya uçuşdan öncə test etdirməlidirlər.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man